DTX Silahlı Qüvvələrimizə aid videomateriallar yayan şəxsi istintaqa cəlb etdi

DTX Silahlı Qüvvələrimizə aid videomateriallar yayan şəxsi istintaqa cəlb etdi

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aid videomateriallar yayan şəxs istintaqa cəlb edilib.

 

17 mart 2025-ci ildə sosial şəbəkələrin xarici seqmentində Azərbaycan Respublikasının dövlət sərhədində guya hərbi əməliyyatlar keçirilməsi ilə bağlı tədbirlərin görüldüyü iddia olunmaqla, Azərbaycan Ordusuna məxsus hərbi texnikanın hərəkəti barədə videogörüntülər yayılıb. 

 

Faktla əlaqədar, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb, aparılan ilkin araşdırmalar nəticəsində yayımlanan videokadrların 27 fevral 2025-ci il tarixinə aid olduğu təsbit edilib.

 

Müəyyənləşdirilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı, 2007-ci il təvəllüdlü Rüstəmov Səməd Bəhman oğlu 27 fevral 2025-ci ildə Gədəbəy rayonu ərazisində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın hərəkətinin videoçəkilişini aparıb və qanunla yayılması qadağan olunan bu videomaterialı 15 mart 2025-ci ildə özünün “TikTok” sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Bundan sonra, həmin videogörüntülərə sosial şəbəkələrdə fərqli dövrlərə aid videokadrlar əlavə edilməklə, həqiqəti əks etdirməyən müxtəlif xəbərlərin istinad mənbəyi olaraq nümayiş etdirildiyi müəyyən olunub.

 

Görülən təxirəsalınmaz tədbirlərlə Səməd Rüstəmov saxlanılaraq istintaqa cəlb olunub, həmin videogörüntüləri çəkdiyi mobil telefon maddi sübut kimi götürülüb.

 

Bir daha bildirilir ki, Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrların çəkilib internet informasiya ehtiyatında, o cümlədən sosial şəbəkələr vasitəsilə yayımlanması cinayət məsuliyyəti yaradır və belə əməllərə yol verən şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulan hüquqi tədbirlərin görülməsi təmin ediləcəkdir.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsi Şərqi Aralıq dənizi üzərindən geri Bakıya dönür

AZAL-ın Bakı-Dammam (Səudiyyə Ərəbistanı) marşrutu üzrə uçan təyyarəsi Şərqi Aralıq dənizi üzərində geri dönür.   Sfera.az bu barədə "Flightrada...

Paytaxtın bu ərazisində 4 saat işıq olmayacaq

Yeni Ramana qəsəbəsinin Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisinə daxil olan hissəsində 24 iyun tarixində 6 kV-luq hava xət...

ABŞ-ın Bəhreyn və Küveytdəki bazalarında hava hücumu XƏBƏRDARLĞI

ABŞ-nin Bəhreyn, Küveyt və Qətərdəki bazalarında hava hücumu xəbərdarlığı elan edilib.   Sfera.az xəbər verir ki, bu barədə İranın dövlət televiziya ...

Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib - VİDEO

Aşağı Güzdək qəsəbə məscidinin imamı Turab Tahirovun Quran dərslərinə qatılan 16 yaşlı qızı qaçırması ilə bağlı yayılan məlumatlar bir neçə gündür ict...

Tramp təcili iclas ÇAĞIRDI

ABŞ Prezidenti Donald Tramp İranın Amerika hərbi bazalarına zərbələrindən sonra ABŞ-ın ali rəhbərliyini təcili iclasa çağırıb.   Sfera.az xəbər ...

Qətər XİN: İranın təcavüzunə birbaşa cavab vermək hüququmuz var

Qətər “Sepah”ın “Əl-Üdeyd” bazasına raket hücumunu “Qətərin suverenliyinin və hava məkanının, həmçinin BMT Nizamnaməsinin pozulmas...