"Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinə şərti cəza verilib

"Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinə şərti cəza verilib

2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Sfera.az APA-ya istinadəmn xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, təqsirləndirilən şəxs 3 il sınaq müddəti olmaqla 8 il müddətinə şərti azadlıqdan mərhum etmə cəzasına məhkum edilib.

 

Həmçinin onun əmlakının üzərinə qoyulan həbs götürülüb.

 

Xatırladaq ki, Çingiz Mehdiyev dəymiş ziyanı tam ödəyib. Ötən prosesdə dövlət ittihamçısı çıxış edərək Çingiz Mehdiyevin ziyanı ödəməsinin də nəzərə alınmasını və ona 3 il sınaq müddəti seçilməklə şərti cəza verilməsini təklif edib. Ziyan tam ödənilməmişdən öncə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 10 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəmişdi.

 

Qeyd edək ki, Ç.Mehdiyev külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və həmin pulları qanunsuz leqallaşdırmaqda ittiham edilir. Cinayətin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində açılıb. İttihama görə, Ç. Mehdiyev, Formula 1 yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırıb. Dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb. Qiymət şişirtməsi nəticəsində əldə edilmiş pullar isə qəsdən mənimsənilib.

 

Həmçinin o, özünə etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zonada - Seyşel adalarında cinayətdən xəbərsiz anasının adına yaratdığı şirkəti Formula 1 yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb.

 

İstintaqla Ç.Mehdiyevin ümumilikdə 397 min 852 min manat dövlət vəsaitini mənimsədiyi üzə çıxıb. Bundan əlavə o, əldə etdiyi pulların həqiqi mənbəyini gizlətmək məqsədilə külli miqdarda pul vəsaitlərini xarici banklara köçürərək leqallaşdırıb.

 

Qeyd olunan əməllərə görə, Ç.Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü ( vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.

 

İstintaq dövründə Ç.Mehdiyev 100 min manatı dövlət büdcəsinə ödəyib.


OXŞAR XƏBƏRLƏR

"Unibank"dan son çərşənbə aksiyası: Komissiyasız kredit!

"Unibank" Torpaq çərşənbəsində də kredit komissiyasını sıfırlayıb. Bank ilaxır çərşənbə münasibəti ilə 0 % komissiyalı kredit aksiyası keçirir. Cəmi 1...

Bir ayda 352 əkiz, 12 üçəm doğulub – STATİSTİKA

İlin ilk ayında Azərbaycanda 8 min 557 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2024-cü ilin müvafiq ayı ilə müqayisədə 9,7-dən 9,9-a qədər a...

80 yaşlı Türkan Şorayın ÇƏTİN ANLARI - VİDEO

Məşhur türkiyəli aktrisa yeni görüntüsü marağa səbəb olub.   Sfera.az xəbər verir ki, tanınmış aktyorla birgə tamaşaçıların qarşısına çıxan əfsanə ot...

Keçmiş aktrisa pornoqrafiya dünyasında: "İndi mənə daha çox hörmət edirlər"

Keçmiş Disney ulduzu Maitland Ward altı il əvvəl pornoqrafiya dünyasına girib.   Sfera.az xəbər verir ki, 90-cı illərin sevimli serialı “Boy Me...

Rus bölməsi Azərbaycan dili imtahanını onlayn formada verəcək - Məleykə Abbaszadə

Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanının da rəqəmsal formada keçirilməsi nəzərdə tutulur.   Sfera.az "Report"a istinadə...

Məşhur beynəlxalq jurnal Azərbaycanın şərabçılıq marşrutundan yazdı - FOTOLAR

Böyük Britaniyanın məşhur yemək və içki, incəsənət və mədəniyyət, ekzotik səyahət və lüks həyatı əhatə edən gündəlik onlayn jurnalı “The Arbuturian&r...