Azərbaycanlı avtoritetlərin ABŞ-da məhkəməsi başladı - ŞOK İTTİHAM


Azərbaycanlı avtoritetlərin ABŞ-da məhkəməsi başladı - ŞOK İTTİHAM

ABŞ-da azərbaycanlı kriminal avtoritet Polad Ömərov, Rafet Əmirov və Xalid Mehdiyevin məhkəməsi başlayıb.

 

Sfera.az xəbər verir ki, azərbaycanlı kiriminallar adı açıqlamayan iranlı briqada generalının göstərişi ilə ABŞ-da yaşayan iranlı müxalifətçi jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejatı öldürməyə cəhddə ittiham olunurlar.




 

Prokurorun sözlərinə görə, 2021-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusu iranlı jurnalist Məsih Əlinejadı öldürmək üçün Rafət Əmirov, Polad Ömərov və Xalid Mehdiyevi görəvləndirib. Killer olmağa razılaşan azərbaycan əsilli Xalid Mehdiyev hüquq müdafiəçisinin evinin yaxınlığında AK-47 avtomatı ilə saxlanılıb.

 

P.Ömərov 2023-cü ildə Çexiyada, 43 yaşlı keçmiş “qanuni oğru” Rafet Əmirov isə Özbəkistanda həbs ediliblər. Onları ABŞ İnterpol xətti ilə axtarışa vermişdi.

 



Bəs bu adamlar niyə İranın xüsusi əməliyyatında iştirakçı olublar?

 

Reporst.ru-nun iddiasına görə, xüsusilə azərbaycanlı kriminal ünsürlər digər ölkələrə ekstradisiya olmayan İranda məskunlaşmağa çalışır. Görünür, buna görə də P.Ömərov İranın göstərişi ilə Məsih Alinejatı ABŞ-da aradan götürmək sifarişini üzərinə götürüb. Lakin Rafət Əmirovun da iştirakçısı olduğu sui-qəsd uğursuz alınıb. P.Ömərov sonradan Çexiyada tutulub. Orada o, Qazaxıstanda törətdiyi cinayətləri etiraf edib ki, ABŞ-a deyil, həmin ölkəyə təhvil verilsin. Lakin o, ömürlük həbs cəzası alacağı ABŞ-a verilib. İddiaya görə, sui-qəsdin hazırlanmasında Rafət Əmirovun da iştirakçı olduğunu Polad Ömərov istintaqa deyib.


Polad Ömərov 2014-cü ildən mərhum “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) sayəsində kriminal aləmə daxil olub, onun tərcümeyi-halı “zəngindir”. O, iki nəfərin oğurlanması və qətlə yetirilməsinə görə Ukrayna tərəfindən beynəlxalq axtarışa verilib. Və bu, onun ukraynalı qurbanlarının tam siyahısı deyil.

 



O, Qazaxıstan, Çexiya və Bolqarıstan hüquq-mühafizə orqanlarının axtardığı şəxslər siyahısında olub. Lakin Polad Ömərov “qanuni oğru” adı almayıb. Ümumiyyətlə, xəbərlərə görə, onun potensial qurbanları əsasən, müxtəlif vaxtlarda Quliyə qarşı çıxanlar olub. Polad Ömərovun Lotu Qulinin qan qohumu(xalası oğlu) olduğu deyilir. Qulinin qətlindən sonra Polad Qulinin qardaşı “qanuni oğru” Namiq Səlifovla yaxınlaşıb. Polad da Qulinin qətliamında əli olan hər kəsi cəzalandıracağına söz verib. Poladın 2021-ci ilin aprelində Moskva fitnes mərkəzində “qanuni oğru” Əli Heydərovun ( Alber Rıjıy) qətlində də əli olduğu güman edilirdi.

 

Rafet Əmirov əslən Şirvandadır, Əlibayramlınski ləqəbi ilə tanınır. Onun daha bir qardaşı Rüfət Əmirov da kriminal dairələrdə tanınmış avtoritetdir. Onların əvvəllər Qulinin klanında olduğu deyilir. Rusiya nəşri yazır ki, Qulinin qətlindən cəmi üç ay sonra isə Rafetin “qanuni oğru” titulu “stoplanıb.”

 

Məlumatlara görə, bu hadisədən sonra ABŞ hökuməti Məsihin təhlükəsizliyini qoruyur. (Musavat.com)


OXŞAR XƏBƏRLƏR

ABŞ-də tornado nəticəsinə ölənlərin sayı 36-ya çatdı

ABŞ-nin bir neçə ştatını vuran qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb.   Sfera.az xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp Truth ...

40 alpinistin gözü qarşısında faciəli şəkildə vəfat edən Devid Şarpın hekayəsi

Everest dünyanın ən yüksək zirvəsi və eyni zamanda ən təhlükəli dağlarından biri kimi tanınır. Zirvəyə çatmaq üçün tələb olunan fiziki dözümlə yanaşı, həddindən...

YUĞ-da nə baş verib? - Teatr üzr istədi

Azərbaycan Dövlət YUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşası yarımçıq dayandırılıb.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, ...

Nazirlik Xalq artistinin ölümü ilə bağlı nekroloq yaydı

Xalq artisti Ənvər Həsənovun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.   Sfera.az xəbər v...

Paşinyan Makronla sülh müqaviləsindən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.   Sfera.az xəbər verir ki, bu haqda “Sputni...

Ramazan ayı dələduzların gəlir mənbəyinə çevrilib - XƏBƏRDARLIQ

Kiberdələduzlar indi də "Ramazan ayı" kampaniyası adı ilə vətəndaşları aldadırlar.   Sfera.az Xəzər TV-yə istinadən məlumat verir ki, son g...