Anasının sevgilisini bıçaqlayan şəxsə şərti cəza verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mahir Quluzadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Sfera.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ona şərti cəza verilib.
İttihama görə, hadisə 02 noyabr 2024-cü il tarixdə, saat 18 radələrində Masallı rayonu ərazisində qeydə alınıb.
Belə ki, Mahir Quluzadə anasına məxsus evin həyətində olarkən anasının sevgi münasibətində olduğu zərərçəkmiş Sabir Salayev (şərti) ilə rastlaşıb. Bu zaman o, zərərçəkmişin həmin həyətə hansı səbəbdən gəlməsini aydınlaşdırmaq istəyib və onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Sonra Mahir əlində olan cib bıçağı ilə zərərçəkmişin qarın nahiyəsinə qəsdən bir və sol çiyin nahiyəsinə isə bir zərbə vuraraq, ona bədən xəsarətləri yetirib.
Hadisədən sonra Mahir Quluzadə saxlanılıb və barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmişdi.