Sevgilisini öldürən 56 yaşlı kişiyə AĞIR CƏZA verildi

Sevgilisini öldürən 56 yaşlı kişiyə AĞIR CƏZA verildi

Qətl törətməkdə təqsirləndirilən 1969-cu il təvəllüdlü Könül Baxşəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Sfera.az xəbər verir ki, sevgilisi 1965-ci il təvəllüdlü Bahar Məmmədovanın qətlinə görə həbs edilmiş şəxs Cinayət Məcəlləsinin 120.2.5, 120.2.9 və 178.2.4-cü (xüsusi amansızlıqla, köməksiz vəziyyətdə olan şəxsi öldürmə və dələduzluq) maddələri ilə təqsirləndirilib.
 

Məlum olub ki, Könüllə Bahar 2008-ci ildən sevgi münasibətində olub. Daha sonra Könül dini nikahda yaşadığı qadını qətlə yetirərək evini və pensiya kartını ələ keçirmək qərarına gəlib.

 

O, 2022-ci ildə qadına məxsus evdə onu boğaraq öldürüb və meyitini həyətdə basdıraraq gizlədib. Könül Bahara məxsus evi 10 gün ərzində sataraq 32 min manatı ələ keçirib. Həmçinin 2 il müddətində onu itkin düşmüş şəxs kimi qələmə verərək pensiya kartından 7 min manata yaxın pul çıxararaq mənimsəyib.
 

2024-cü ildə Könül Baxşəliyev Naxçıvandan Türkiyəyə keçmək istəyərkən saxlanılıb və qətlin üstü açılıb. Qadının meyiti basdırıldığı yerdən çıxarılıb.
 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Könül Baxşəliyevə 19 il həbs cəzası verilib. (“Qafqazinfo”)


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...