Logo

Qazaxda 2 narkokuryer saxlanıldı - FOTOLAR

Qazaxda 2 narkokuryer saxlanıldı - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Hamlet İbayev və 30 yaşlı Rəşid Quluzadə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə, şəxslərdən 5 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin narkokuryerlik etdikləri məlum olub.

Faktlarla bağlı cinayət işi başlanıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR