Azyaşlıya qarşı quldurluq edən şəxsə hökm oxundu

Azyaşlıya qarşı quldurluq edən şəxsə hökm oxundu

Bakının Savalan yasayış massivində evində azyaşlı H.İ-yə qarşı quldurluq edən şəxsə hökm oxunub. 

 

Sfera.az bildirir ki, "Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən Şahlar Niftəliyevə hökm oxunub. Hökmə əsasən o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Belə ki, CM-nin 234.1-ci maddəsi ilə üzərində olan məhdudlaşdırma cəzası da hazırkı hökmə birləşdirməklə ümumi olaraq Şahlar Niftəliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. 

 

İttiham aktına görə, Şahlar Niftəliyev 2023-cü ilin may ayının ilk günlərində azyaşlı H.İ-li ilə "tiktok" sosial şəbəkəsində tanış olub. Belə ki, azyaşlı tiktokda vorovskoy mahnılar təbliğ edib. Tanışlıqları da bu mövzu ilə başlayıb. Sonra 04.05.2023-cü il tarixdə Şahlar dostları Ramiz və Aslanla azyaşlının Maştağa qəsəbəsi, Savalan yasayış massivində olan nömrəsiz evinə qonaq gəliblər. Həmin vaxt evdə azyaşlıdan başqa heç bir ailə üzvü olmayıb. Şahlar ilə Ramiz azyaşlı ilə söhbət edən Aslan evdən oğurluq etmək qərarına gəlib, ancaq heç nə tapmadıqda Şahlar azyaşlıya bıçaq dirəyərək evdə olan qiymətli əşyaların yerini göstərməsini məcbur edib. Azyaşlı isə qorxaraq anasının yataq otağında Quranqabının içərisində olan 2200 manatı, 700 ABŞ dolları və 100 avronu onu hədələyənlərə göstərib. Bundan sonra isə anasına məxsus qızıl-zinət əşyalarının da yerini 3 dosta deyib. Ümumilikdə evdən 4528 manatlıq pul və qızıl aparan dostların cinayət əməli bir müddət bağlı qalıb.

 

Belə ki, azyaşlının anası öz oğlunun evdən oğurluq etməsi barədə polisə şikayət edəndən sonra cinayətin kimlər tərəfindən törədilməsi polis əməkdaşlarına məlum olub. Digər 2 şəxs- Ramiz və Aslan barəsində 2024-cu ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılıb və hər ikisi 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

(unikal.az) 


OXŞAR XƏBƏRLƏR