“Toplum TV” və “Abzas Media” ilə bağlı yeni faktlar ortaya çıxdı

“Toplum TV” və “Abzas Media” ilə bağlı yeni faktlar ortaya çıxdı

“Toplum TV”, “Abzas Media” və digərlərinin işi ilə bağlı istintaq araşdırması zamanı maraqlı faktlar üzə çıxır.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, həbsdə olan şəxslərin etirafları “Toplum TV”, “Abzas Media”, Fakt Yoxla, lll Respublika Platforması və digər bu kimi layihələrin Qərb fondlarının birbaşa sifarişi ilə hazırlandığını göstərir.

 

Bu layihələrin maliyyə təminatı Qərb fondları tərəfindən müxtəlif üsullarla həyata keçirilib. İşçi təminatı və yerlərdə işin təşkili ilə bağlı məsələlər isə ölkədəki icraçılar tərəfindən təmin olunub.

 

Layihələrə kim rəhbərlik edib?

 

Azərbaycanda bütün bu layihələrin başında bilavasitə Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov dayanıb. O, bu strukturlara ümumi rəhbərliyi həyata keçirib. Məsələn, “Toplum TV”nin Ələsgər Məmmədli olsa da, bu layihəyə faktiki rəhbərliyi Akif Qurbanov edib. Çünki Akif Qurbanov xaricdəki koordinatorlarla əlaqə, maliyyə və təşkilati məsələlərin həllində əsas fiqur olub.

 

Akif Qurbanovun rolu və koordinasiya işləri...

 

Akif Qurbanov 2019-cu ildən 2023-cü ilə kimi layihələr üçün işçi seçimini belə özü həyata keçirib. Onun iştirakı üçün seçilən şəxslər üçün jurnalistika, hüquq, layihə menecerliyi və digər sahələr üzrə ödənişsiz təlimlər təşkil olunub. Daha sonra isə təlim iştirakçıları Toplum TV, Abzas Media, Fakt Yoxla kimi qurumlara, həm də “Azadlıq” və “Amerikanın səsi” radiolarına işə göndəriliblər. Təlimlərdə mentorluq edənlərin hər birinə bir təlim üçün 200 manat ödənilib.


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...