Logo

Azərbaycanda məşhur müğənni HƏBS OLUNDU - FOTO

Azərbaycanda məşhur müğənni HƏBS OLUNDU - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda tanınmış müğənni Elmir Qəhrəmanov həbs olunub.

Sfera.az xəbər verir ki, Elmir məhkəmənin qərarı ilə 1 il 6 ay azadlıqdan məhrum edilib.

O, təxminən bir il öncə azadlığa çıxsa da, eyni cinayət əməlini (Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələri əldə etmə tövsifini) cəmi 5 ay sonra təkrarlayıb. Məhkəmə onu işə baxılana kimi zaminə buraxıb, lakin proses uzun çəkdiyindən müğənni barəsində məhkəmənin yekun hökm qərarı bu qədər uzanıb.

Musiqi aləmində "Azərbaycanın İbrahim Tatlısəsi" kimi tanınan Elmirin yaxınlarının Titul.az-a verdiyi məlumata görə sənətçi narkotik asılılığından əziyyət çəkdiyi üçün reablitasiya mərkəzlərindən birində müalicə aldıqdan sonra, bu pis vərdişdən tamamilə uzaqlaşıb. Onun barəsində indi həbs cəzasının verilməsi reablitasiya dövründən öncə törətdiyi cinayət əməlinə görədir.

Azərbaycanda məşhur müğənni HƏBS OLUNDU - FOTOAzərbaycanda məşhur müğənni HƏBS OLUNDU - FOTOAzərbaycanda məşhur müğənni HƏBS OLUNDU - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR