DİN-dən votsapda yayılan xəbərdarlıq mesajı barədə AÇIQLAMA
Sosial şəbəkələrdə Daxili İşlər Nazirliyinin xəbərdarlığı haqqında məlumat yayılıb. Qeyd olunub ki, özlərini polis işçisi kimi təqdim edərək qapı-qapı gəzən bir qrup insan var.
“Onların əllərində Daxili İşlər Nazirliyinin rəmzləri olan sənədlər və blanklar mövcuddur. Qarşıdan gələn “əhali siyahıyaalınması” öncəsi bütün sakinlərin etibarlı şəxsiyyət vəsiqələrinin olub-olmadığını yoxlamalı və biometrik məlumat götürməli olduqlarını iddia edirlər. Onlar Daxili İşlər Nazirliyinin formasını geyinə bilərlər”, - yayılan informasiyalarda bildirilib.
Bununla bağlı DİN-in Mətbuat Xidmətindən Sfera.az-a açıqlama verilib. Qurumdan bildirilib ki, votsap qruplarında DİN adından yayılan xəbərdarlıq məzmunlu mətnlər feykdir.
“Bununla bağlı tərəfimizdən hər hansı məlumat paylaşılmayıb. Naməlum şəxslərin hansısa yoxlama, sorğu aparması ilə bağlı polis orqanlarına məlumat daxil olmayıb”, - DİN vurğulayıb.
Günay