İxracdan əldə olunan daha 139 milyon manat ÖLKƏYƏ QAYTARILDI - RƏSMİ

İxracdan əldə olunan daha 139 milyon manat ÖLKƏYƏ QAYTARILDI - RƏSMİ

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan daha 139 milyon manat pul vəsaitlərinin ölkəyə qaytarılması təmin edilib.

 

Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, hazırkı vaxtadək Bakı şəhərinin Nəsimi, Səbail və Sabunçu rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 63 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 107 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib:

 

“Bundan başqa, Göyçay, Şamaxı, Quba, Cəlilabad, Qax və Salyan rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 18,63 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 31,6 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib”.

 

Qurum, həmçinin vurğulayıb ki, prokurorluq orqanları tərəfindən bu kateqoriya araşdırmalara dair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bank hesablarına qaytarılması istiqamətində zəruri prosessual tədbirlərin icrası davam etdirilir.

 

Günay

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Təyyarə qəzasında həlak olan pilotun qızı “Azərbaycan” mahnısını oxudu - FOTOLAR

Bakı Kitab Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “20 Yanvar – Azadlığın Zirvə Günü” adlı tədbir keçirilib.   ...

Bu il Macarıstan və Azərbaycanda TDT-nin zirvə görüşləri keçiriləcək

Bu il Macarıstan və Azərbaycanda TDT-nin zirvə görüşləri keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramo...

Azərbaycan Dəməşqdəki səfirliyin fəaliyyətini bərpa etmək istəyir

Azərbaycan Dəməşqdəki səfirliyin fəaliyyətini bərpa etmək istəyir.   Sfera.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan...

Hakan Fidan: Azərbaycan ən çətin günlərimizdə yanımızda olub

Azərbaycan ən çətin günlərimizdə yanımızda olub.   Sfera.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-i azə...

Azərbaycan XİN başçısı türkiyəli həmkarını delimitasiya prosesi barədə məlumatlandırdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarını delimitasiya prosesi barədə məlumatlandırıb.   Sfera.az xəbər verir ki, nazir C.Ba...

Zirədə istixanadan 5 min manatdan çox oğurluq oldu

Bakının Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən istixanadan 5 min manatdan çox oğurluq olub.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirli...