Logo

Ölkədən 1 milyondan çox pul çıxaranlar saxlanıldı

Ölkədən 1 milyondan çox pul çıxaranlar saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xaçmaz Gömrük İdarəsinin "Samur” gömrük postunun piyada keçid xətti ilə Rusiya Federasiyası istiqamətinə gedən iki nəfər Azərbaycan Respublikası vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün üzərlərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama nəticəsində onların hər birinin üzərindən əynindəki gödəkcənin cibindən və hər iki ayağında olan ayaqqabılarının içindən şəffaf ağ rəngli polietilen paketə bükülü şəkildə 1 milyon 200 min Rusiya rublu aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR