Logo

Xankəndi, Xocalı və Xocavənddən silahlar AŞKARLANDI

Xankəndi, Xocalı və Xocavənddən silahlar AŞKARLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün tədbirlər davam etdirilir.

Sfera.az bildirir ki, bununla bağlı Daxili İşlər Nazirliyi daha bir məlumat yayıb.

Bildirilib ki, 25-30 avqust tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən müəyyən silahlar aşkarlanıb.

“Sözügedən tarixlərdə Xankəndi şəhərindən 20 avtomat silahı, 3 tapança, 7 tüfəng, 22 qumbara, 16 alışdırıcı, 7 mərmi, 6 süngü-bıçaq, 78 patron darağı, 4707 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocalı rayonu ərazisindən 3 avtomat, 1 pulemyot, 5 patron darağı, 1 qumbara və 655 ədəd patron, Xocavənd rayonu ərazisindən isə 2 avtomat silahı, 1 pulemyot, 1 tüfəng, 1 qumbaraatan, 572 müxtəlif çaplı patron və digər sursatlar aşkar edilərək götürülüb”, - qurum qeyd edib.

Günay

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR