Həyətində çətənə bitkisi yetişdirən şəxs SAXLANILDI

Həyətində çətənə bitkisi yetişdirən şəxs SAXLANILDI

Yevlax sakininin evinin həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qulluq edilərək yetişdirilmiş 26 ədəd çətənə bitkisi və 6 kiloqram marixuana aşkar olunub.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində çətənə bitkisinin kultivasiyası ilə məşğul olan rayon sakini Rüstəm Abışzadə saxlanılıb. Onun evinin həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qulluq edilərək yetişdirilmiş 26 ədəd çətənə bitkisi və 6 kiloqram marixuana aşkar olunub.

 

Keçirilən digər tədbirlə güclü təsiredici xassəyə malik narkotik vasitə heroinin qanunsuz dövriyyəsini təşkil edən Hafiz Məmmədov da saxlanılıb. H.Məmmədov ondan aşkarlanan heroini pul müqabilində Teymur adlı şəxsdən aldığını bildirib.

 

Davam etdirilən tədbirlərlə Şirvan şəhər sakini Teymur Əkbərov da saxlanılıb. Ondan da külli miqdarda heroin aşkarlanıb. Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

 

Firuzə Əliyeva

 

 


OXŞAR XƏBƏRLƏR

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...

Lənkəranda gənc oğlan öldürüldü, saxlanılan var

Oktyabrın 17-si saat 22 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə yerləşdiril...

Depressiya bu xəstəliyə gətirib çıxarır - XƏBƏRDARLIQ

Elmi araşdırmalar depressiyadan əziyyət çəkən insanların 2-ci tip diabet inkişaf riskinə daha çox həssas olduğunu müəyyən edib.   Sfera.az xəbər verir ...