Logo

Çimərlikdə oğurluq edən şəxs SAXLANILDI - RƏSMİ

Çimərlikdə oğurluq edən şəxs SAXLANILDI - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sumqayıt şəhər çimərliyində bir nəfərin çantası oğurlanıb.

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Polisə müraciət edən həmin şəxs içərisində 2 ədəd mobil telefonu, bank kartları və geyim əşyaları olan çantasının çimərlikdə oğurlandığını bildirib.

Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 20 yaşlı A.Məmmədli müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Ülkər Aburahmanlı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR