Logo

Metroda cibgir tutuldu

Metroda cibgir tutuldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı metrosunda cibgirliklə məşğul olan şəxs tutulub. Sfera.az daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı BPİ Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də metronun "28 May" stansiyasında Bakı şəhər sakini Nazənin Həsənlinin cibindən telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Elxan Abbasov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 9-da "Elmlər Akademiyası" stansiyasında Bakı şəhər sakini Leyla Xəlilovanın da cibindən mobil telefon oğurlaması müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR