Anasını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi

Anasını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi

 

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

 

Bu barədə Sfera.az-a Goranboy rayon prokurorluğundan məlumat verilib.

 

Qeyd olunub ki, cari il aprelin 7-də Goranboy rayon sakini 1975-ci il təvəllüdlü Alidə Kazımovanın qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

 

“İstintaqla 2005-ci il təvəllüdlü Şahin Əmrahovun rayonun Tatarlı kəndində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək anası Alidə Kazımovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Şahin Əmrahova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, - qurum əlavə edib.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Yuliya Siridrenko Ukraynanın yeni Baş nazir seçildi

Ukraynanın müstəqillik tarixində ikinci dəfə qadın Baş nazir seçilib.   Sfera.az xəbər verir ki, iyulun 17-də Ali Radanın plenar iclasında Yuliy...

Kanalda batan 17 yaşlı gəncin meyiti tapıldı - Ölkə çempionu imiş

Ağdaşda kanalda batan 17 yaşlı gəncin meyiti tapılıb.   Sfera.az Report-a istinadla xəbər verir ki, 2008-ci il təvəllüdlü Dəniz Nəsib oğlu Süley...

"Elitalar Rusiyadan qisas almağa çalışırlar" - Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbi Rusiyaya qarşı aqressiv münasibətdə ittiham edib.   Sfera.az bu barədə Rusiya media...

Raketlərlə verilən mesaj: İsrail Suriyadakı hakimiyyəti tanımır

Ötən gün İsrail ordusunun Suriyanın Müdafiə Nazirliyinin və parlamentin binasını raketlərlə vurması beynəlxalq gündəmin əsas müzakirə mövzusuna çevrilib.  ...

Marketlərdəki dondurmalar keyfiyyətlidir? - AQTA-dan CAVAB

Yay mövsümündə sərinlədici təsirə malik olan və xüsusilə uşaqların, eləcə də böyüklərin sevimli qidasına çevrilən dondurma məhsulları əhali arasında geniş isteh...

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndində - FOTO

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndin...