"Bütün oğurluq halları yalnız bu üsulla törədilir" - DİN-dən kiberdələduzluqla bağlı ÇAĞIRIŞ

"Bütün oğurluq halları yalnız bu üsulla törədilir" - DİN-dən kiberdələduzluqla bağlı ÇAĞIRIŞ

“Onlayn oğurluq halları sürətlə artır”.

 

Bunu Sfera.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib. O qeyd edib ki, dünyanın inkişaf etmiş bütün ölkələrinin əsas probleminə çevrilən kiber oğurluq hallarının qarşısının alınması kart sahibindən asılıdır:

 

“Vəziyyətin nə dərəcədə riskli olduğunu hər bir vətəndaş bilməlidir. Naməlum xarici nömrələrdən gələn zənglər vasitəsilə ayrı-ayrı vətəndaşların aldadılması bank kartlarında olan vəsaitlərin kütləvi talanması ilə nəticələnir. Vətəndaş diqqətli olmalıdır. “WhatsApp”, “Telegram”, “Signal”, “Messenger” üzərindən naməlum şəxslərlə danışıqlardan hər bir şəxs çəkinməli, bank kart məlumatlarını başqa şəxslərə verməməlidir. Yalanlara inanmaq istəməyənlər dəqiqləşdirmə aparsınlar. Qeyri-iş günüdür, bankla əlaqə yarada bilmirsiniz, polisdən soruşun. Polis 24 saat suallara cavab verməyə hazırdır. DİN-in sosial şəbəkə platformaları fasiləsiz rejimdə çalışır”.

 

Qurum rəsmisi son günlər qeydə alınan kibercinayətlərlə bağlı məlumat da bölüşüb:

 

““Bankdandır, kartınıza müdaxilə var”, “satdığınız əşyaya görə beh ödəmək istəyirik” adı altında iyulun 6-7 tarixlərində ayrı-ayrı şəxslərin 15000, 7873, 4457, 4293, 4280, 4000, 3146, 2750, 2444, 2154, 2000, 1997, 1931, 1650, 1500, 1512, 1500, 1478, 1399, 1300, 1071, 1020, 1001,1000, 1000, 1000, 1000, 1000, 1000, 999, 998, 900, 900, 810, 759, 650, 600, 590, 521, 501, 500, 500, 440, 406, 380, 380, 360, 358, 350, 300, 266, 200, 200, 112, 98, 70, 63, 51 pulları talanmağa məruz qalıb. Bütün oğurluq halları yalnız bir üsulla – bank kart məlumatları aldadılıb alınmaqla törədilir. Araşdırmalarla müəyyən edilib ki, danışıqlar kiber üsulla hazırlanan, qeydiyyatı olmayan saxta nömrələr vasitəsilə aparılır. Vətəndaşlara çağırış edirik ki, tanımadığınız, naməlum şəxslərə inanmayın, yalandır, şəxsi məlumatlarınızı paylaşmayın”.

 

Günay

 

 


OXŞAR XƏBƏRLƏR

Oktyabrın 6-7-si ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Oktyabrın 6-7-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu barədə Ekologiya və Təb...

ABŞ generalı İsrailə getdi: İrana cavab veriləcəkmi?

İsrailə gedən ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Maykl Kurilla İsrail hərbi rəhbərliyi ilə bir neçə görüş keçirəcək.   Sfera.az xəbər verir ...

İran bu ölkə ilə sərhədi BAĞLADI

İran oktyabrın 4-dən Türkmənistanla sərhədini bağlayıb.   Sfera.az musavat.com-a istinadən bildirir ki, bu barədə "Turkmen.news" məlumat ya...

Bu bürc sahibləri digərlərinə nisbətən çox yaşayır

Bürclər və uzunömürlülük arasında əlaqə tapılıb və bəzi bürclərin digərlərindən daha uzun yaşadığı müəyyən edilib.   Sfera.az BAKU.WS-ə istinadən ast...

İsrail ordusu Qəzzanın şimalında yeni əməliyyata başladığını açıqladı

İsrail hərbçiləri gecə Qəzza zolağının şimalındakı Cəbaliya qaçqın düşərgəsində HƏMAS hərəkatının yaraqlı dəstələrinə qarşı əməliyyata başlayıb, onlarla hədəfə ...

Kamaləddin Qafarov: “Ermənipərəst qüvvələr xam xəyala düşüblər”

"Məlum olduğu kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü elan edilmişdir. Bu əlamətdar gün münasibət...