"Qətli mən törətmişəm" - Əhməd ilk dəfə DANIŞDI + VİDEO

"Qətli mən törətmişəm" - Əhməd ilk dəfə DANIŞDI + VİDEO

İkisi azyaşlı olmaqla ailəsinin beş üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

 

Sfera.az xəbər verir ki, Əhməd polisin müşayiəti ilə saxlanıldığı xüsusi xəstəxanadan Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.

 

Məlum olduğu kimi, Əhməd ekspert rəyləri ilə anlaqsız hesab edilib. Bu səbəbdən qanunun tələbinə uyğun olaraq, məhkəmədə qanuni nümayəndəsi ilə iştirak edib.

 

İlk baxış iclasının mahiyətinə uyğun olaraq, əvvəlcə prokurorluğun göndərdiyi qərar elan edilib.

 

Qərarda deyilir ki, təqsirləndirilən şəxs hadisəni anlaqsız vəziyyətdə törədib. Hazırda da ağır psixi xəstədir.

 

 

***

Prokurorluq Əhmədin cəzadan azad edilməsini, ixtisaslaşmış müalicə müəssisəsinə köçürülməsini məsləhət görüb.

 

Prokuror qərarı elan etdikdən sonra hakim Səbinə Məmmədzadə Əhməddən özünü təqsirli bilib-bilməməsini soruşub. Əhməd özünü təqsirli bildiyini, anlaqsız vəziyyətdə cinayət törətdiyini deyib. O, ifadə vermək istəməyib.

 

***

 

İyulun 23-nə təyin edilmiş iclasda Əhmədin istintaq vaxtı müstəntiqə verdiyi ifadəsi elan ediləcək. Həmin vaxta kimi proses təxirə salınıb.

 

Qeyd edək ki, ilin ən dəhşətli cinayəti bu ilin fevralında baş verib. 25 yaşlı Əhməd Əhmədov valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur.(Qafqazinfo)

 



OXŞAR XƏBƏRLƏR

Hakan Fidan Azərbaycanı təbrik etdi

"Can Azərbaycanı Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə uğurla ev sahibliyi etdiyinə görə ürəkdən təbrik edirəm və fürsətdən istifadə edər...

Türkiyə Niderlanda qalib gəlir - CANLI

AÇ-2024-ün son 1/4 final görüşü keçiriləcək.   Sfera.az xəbər verir ki, Türkiyə yığması Niderlandla qarşılaşacaq.   Qarşılaşmanın start fi...

Ərdoğan matçı stadiondan izləyir- FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AVRO-2024-ün 1/4 final mərhələsində Türkiyə ilə Niderland yığmaları arasında keçirilən oyuna baxmaq üçün Berlinə gedib. ...

"Elə tərbiyə görmüşük ki, belə qələt etməmişik" - Afaq Bəşirqızı

Xalq artisti Afaq Bəşirqızı aparıcının ona ünvanladığı suala əsəbiləşib.   "Şən gənc" proqramında aparıcı Aysel Novruzova ona "Tanındı...

TDT-nin dövlət başçıları Azərbaycana COP29-la bağlı dəstək verdilər

Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına ev sahibliyi etməkdə Azərbaycan Respublikas...

İngiltərə İsveçrəni məğlub edərək yarımfinala yüksəldi

Avro-2024-ün 1/4 finalında bu gün keçiriləcək İngiltərə - İsveçrə oyunu üçün start heyətlər müəyyənləşib.   Sfera.az xəbər verir ki, komandalar Bakı ...