Tanışını qəsdən öldürən şəxs HƏBS OLUNDU

Tanışını qəsdən öldürən şəxs HƏBS OLUNDU

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

 

Bu barədə Sfera.az-a Yasamal rayon prokurorluğundan məlumat verilib.

 

Qeyd olunub ki, cari il martın 14-də paytaxtın Yasamal rayonu ərazisində 1992-ci il təvəllüdlü Pünhan Fərzalılının qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb:

 

“İstintaqla 1999-cu il təvəllüdlü Şahlar Ağayevin rayonun Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Pünhan Fərzalılıya bıçaqla xəsarət yetirməsi və sonuncunun xəstəxanaya aparılarkən yolda ölməsinə əsaslı şübhələr müəyyən edilib”.

 

Qurumdan bildirilib ki, Şahlar Ağayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.   Sfera.az xəbər verir ki, Füzuli Bey...

Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətləri çərçivəsində çoxşaxəli əməkdaşlıq dərinləşir

İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin daha da dərinləşdiyinin bariz nümunəsidir. ...

“Barselona” “İnter”in üzvünü TRANSFER EDİR

"İnter"in müdafiəçisi Denzel Dumfris karyerasını İspaniyada davam etdirə bilər.    Sfera.az xəbər verir ki, niderlandlı müdafiəçi...

Makron: "İrəliləyiş yoxdur"

Fransa Prezidenti Emmanuel Makron Ukrayna-Rusiya münaqişəsinin nizamlanmasına dair aparılan diplomatik cəhdlərdə irəliləyiş olmadığını bildirib.   Sf...

Gəncədə evdə partlayış: Xəsarət alan var

Gəncədə evdə partlayış olub.   Sfera.az xəbər verir ki, hadisə şəhərdə evdə qeydə alınıb. Şəhər sakini 1958-ci il təvəllüdlü Ş.Musayev yanıq xəs...

“PRAYK - sizin biznesiniz, sizin qaydalarınız!”

Azərbaycanın yerli alqı-satqı və xidmət ekosistemini köklü şəkildə dəyişməyi hədəfləyən PRAYK platforması sürətlə böyüyən texnoloji startaplardan biridir. &n...