Ötən ay təbiətə 413 min manat ziyan vurulub - RƏSMİ AÇIQLAMA

Ötən ay təbiətə 413 min manat ziyan vurulub - RƏSMİ AÇIQLAMA

Cari ilin iyun ayında paytaxtın Nəsimi rayonunun M.Mirqasımov, X.Şuşinski, İ.Qasımov və M.Topçubaşov küçələrinin kəsişməsində yaşıllıqların məhv edilməsinə dair vətəndaşların müraciəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş materiallar və mediada yayılan məlumatlar əsasında araşdırma aparılıb.

 

Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, araşdırmalarla, göstərilən ərazidə ümumilikə 198 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 413 min manatdan artıq ziyan vurulması müəyyən edildiyindən fakta görə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərin sui-istifadə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

 

“Həmçinin, həmin ərazidə 2023-cü ilin avqust-dekabr ayları ərzində baş verən bir neçə qanunsuz ağackəsmə faktları üzrə mediada yayılan məlumatlar əsasında Baş Prokurorluqda araşdırma aparılıb və Cinayət Məcəlləsinin 259.2.3 və 259.2.4-cü maddələri (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxil işlər orqanlarına göndərilib. Qeyd olunur ki, 2023-cü ilin avqust-dekabr ayları ərzində baş verən bir neçə qanunsuz ağackəsmə faktları nəticəsində təbiətə dəymiş 371 min manatdan artıq ziyanın Baş Prokurorluq tərəfindən dövlət büdcəsinə ödətdirilməsi təmin edilib”, - qurumdan bildirilib.

 

Məlumata görə, hazırda qeyd olunan cinayət işləri üzrə ibtidai istintaq davam etdirilməklə, qanun pozuntularına yol vermiş şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin ediləcək.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Atasının itkisi onu sarsıtdı: Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yarandı

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı səhhətində yaranan problemlərdən danışıb.   Sfera.az xəbər verir ki, o, bu barədə “Həmin Zaur&rdquo...

Bu xəstəliklər ölümü tezləşdirir - SİYAHI

Dünyada hər il milyonlarla insanın həyatını itirməyə səbəb olan ən təhlükəli xəstəliklər var.    Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşk...

Bakıda Boşanmış Qadın Keçmiş Ərini Döydü – Səbəb Alimentdir

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi...

Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb - FOTO

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.   ...

Bu qidalar sonsuzluq yaradırmış - DİQQƏT!

Müasir dövrdə sonsuzluq (infertillik) hallarında artım müşahidə olunur. Bu artımın bir sıra səbəbləri arasında həyat tərzi, stress, ətraf mühit amilləri və gene...

Gənclərimiz Çinə üz tutur - Nə vəd edir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında s...