Azərbaycana külli miqdarda narkotik keçirən dəstə üzvləri HƏBS EDİLDİ - BİRGƏ MƏLUMAT

Azərbaycana külli miqdarda narkotik keçirən dəstə üzvləri HƏBS EDİLDİ - BİRGƏ MƏLUMAT

Ölkəmizə Xəzər dənizi vasitəsilə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

 

Sfera.az bildirir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Sərhəd Xidmətinin birgə məlumatında qeyd olunub.

 

Bildirilib ki, qurumların birgə keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşlarının Xəzər dənizinin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini pozaraq xüsusilə külli miqdarda narkotik vasitəni ölkəmizə keçirmələrinin qarşısı alınıb.

 

“Belə ki, iyunun 24-də, gecə saat 23 radələrində Xəzər dənizində Sumqayıt şəhəri və Yaşma qəsəbəsi istiqamətində hərəkət edən qayıqlara Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən “DAYAN” komandası verilməsinə baxmayaraq, verilmiş əmrə tabe olmayaraq, qayıqlarında özləri ilə gətirdikləri narkotik vasitələri suya ataraq qaçmağa çalışan İran İslam Respublikasının vətəndaşları 1983-cü il təvəllüdlü Nuri Əbruntən, 1984-cü il təvəllüdlü Bəhmən Kaseb və Aunəq Abdulrəhim (yaralı halda) təqibetmə əməliyyatı zamanı ələ keçiriliblər. Eyni zamanda həmin vaxt həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin nəticəsində Yaşma qəsəbəsi ərazisində Azərbaycan Respublikasının vətəndaşı olan 2 nəfər mülki şəxsin - 1982-ci il təvəllüdlü Elxan Əliyev və 1976-cı il təvəllüdlü Esmira Məmmədovanın şübhəli şəkildə dəniz sahilində və suyun içində fənərlərlə işarə verərək olduqları yeri bəyan etmələri aşkar edilib və onlar saxlanılıb”.

 

“Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işi üzrə 27.06.2024-cü il tarixdə Bəhmən Kaseb və Nuri Əbruntən Cinayət Məcəlləsinin 206.3.2, 234.4-1 və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə, Azərbaycan Respublikasının vətəndaşları 1982-ci il təvəllüdlü Elxan Əliyev və 1976-cı il təvəllüdlü Esmira Məmmədovaya isə Cinayət Məcəlləsinin 32.5, 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılığa köməklik) və 234.4-1-ci (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi xüsusilə külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Aunəq Abdulrəhim hazırda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının xüsusi müşahidəsi altında saxlanmaqla xəstəxanada müalicəsi davam etdirilir”.

 

Qurumlar həmçinin əlavə edib ki, cinayətin digər iştirakçılarının ifşa olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir və ibtidai istintaqın gedişatı, o cümlədən nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR

Gəncədə ağır qəza: ölən var

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb. Hər...

Hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma xidmətlərinin tarifləri tənzimləndi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə qəra...

Bir sıra sahələrdə qiymətlər tənzimlənib

Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə...

Avtobus və metroda sərnişin daşımanın qiyməti dəyişdi

Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni ...

"Qarabağ”ı tərk edən futbolçu Türkiyə klubunda

"Qarabağ"ın sabiq futbolçusu Adama Diakabi karyerasını Türkiyədə davam etdirəcək.   Sfera.az idman.biz-ə istinadən xəbər verir ki, 27 yaşlı...

SOCAR “Avro-5” standartlarına uyğun benzin istehsalına başlayacaq

SOCAR-ın emal kompleksində istehsal olunan məhsulları Avro-5 standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənq...