Atasını döyərək öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Atasını döyərək öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Atasının ölümünə səbəb olmaqda təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

 

Bu barədə Sfera.az-a Sabirabad rayon prokurorluğundan məlumat verilib.

 

Qurumdan bildirilib ki, cari ilin fevralın 24-də Sabirabad rayon sakini 1953-cü il təvəllüdlü Mirtahir Səmədovun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

 

“İstintaqla 1982-ci il təvəllüdlü Xəyyam Səmədovun fevralın 23-də birgə yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı atası Mirtahir Səmədovun baş və bədəninin müxtəlif nahiyələrinə şüşə butulka ilə, eləcə də təpik və yumruqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. İstintaq zamanı təyin olunmuş kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən şəxs Xəyyam Səmədovun hadisədən sonra anlaqsız vəziyyətdə olmasına, həmçinin, özü və cəmiyyət üçün təhlükəli olmasına əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb. İş üzrə məhkəməyədək icraat tamamlanaraq X.Səmədovun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib”, - məlumatda qeyd olunub.

 

Günay

 

 


OXŞAR XƏBƏRLƏR

Aysel Şükürovanın keçmiş əri övladlarından İMTİNA ETDİ

Bloqer Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov övladlarından imtina edib.   Sfera.az xəbər verir ki, bu barədə Aysel özünün "Instag...

"Eşref Rüya" izləyicilərinin DİQQƏTİNƏ

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl "Eşref Rüya" serialının 5-ci bölümündən etibarən yutub platformasında yayımlanmayacağı bildirilmişdi.  ...

Əli Mirəliyev reanimasiyaya YERLƏŞDİRİLDİ

Tanınmış müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə sənətçinin xanımı Anaxanım Mirəliyeva Moderator.az-a a...

Prezidentlə jurnalist arasında çayla bağlı maraqlı dialoq - VİDEO

Xəbər verdiyimiz kimi, Çində dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev aprelin 24-də Pekində CGTN (China Global Television Network) telekanalına ...

Hollandiyada 40-dan çox sənət əsəri zibilliyə atıldı

Maaşorst (Hollandiya) bələdiyyəsində bələdiyyə binasının bərpası zamanı ümumi dəyəri təxminən 22 min avro olan 45 sənət əsəri zibillə birlikdə çölə atılıb. Atıl...

Kişinin iki qadınla “toy”u polisin tələbi ilə ləğv edilib

Çin sosial mediasında klassik qara kostyumlu bir kişinin gəlinlik paltarında iki qadının müşayiəti ilə göstərildiyi toya dəvətnamə postu yayılıb. Şəkildə hər üç...