İlahiyyatçı Hacı Salman SAXLANILDI - Azyaşlı qıza... - YENİLƏNDİ

İlahiyyatçı Hacı Salman SAXLANILDI - Azyaşlı qıza... - YENİLƏNDİ

İlahiyyatçı Hacı Salman Kamiloğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

 

Sfera.az xəbər verir ki, bu gün Abşeron rayon Məhkəməsində hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, Hacı Salman Kamiloğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, ilahiyyatçı Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslər cinsi əlaqədə olma və yaxud seksual xarakterli hərəkətlər etməkdə) ittiham olunur.

 

Hazırda Abşeron rayon Polis İdarəsində fakt üzrə istintaq hərəkətləri aparılır.

 

***

 

10:44

 

İlahiyyatçı Hacı Salman Kamiloğlu saxlanılıb.

 

Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinir. Belə ki, Hacı Salman barəsində Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

 

Bildirilib ki, hadisə iyunun 22-də saat 19 radələrində Abşeron rayon Masazır qəsəbəsi ərazisində baş verib. İttihama görə, Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb.

 

Bu gün ərzində Abşeron Rayon Məhkəməsi tərəfindən Hacı Salman Kamiloğlu barəsində qətimkan tədbirinin seçilməsi gözlənilir.



OXŞAR XƏBƏRLƏR

Elnur Hidayətoğluna ağır itki üz verdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğluna ağır itki üz verib.   Sfera.az ...

Günay Ağamalı şəhidin ildönümündə ailəsini ziyarət etdi - FOTO

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Antiterror əməliyyatı zamanı Qəhrəmancasına Şəhadətə ucalan Salyan rayon Şorsulu kənd...

Baydendən Nəsrullahın öldürülməsi ilə bağlı qalmaqallı AÇIQLAMA

ABŞ Prezidenti Co Bayden "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullahın İsrailin zərbəsi nəticəsində öldürülməsini ədalətli hesab etdiyini bildirib....

Hakan Fidan Blinkenlə Azərbaycanla Ermənistan arasındakı sülh prosesini müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşü zamanı həmkarı ilə Azərbaycanla Ermənistan arasındakı sülh prosesin...

Həmkarları Ahu Tuğba ilə vida mərasiminə qatılmadı

Xəbər verdiyimiz kimi, mərhum aktrisa Ahu Tuğbanın cənazəsi 25 gün sonra Türkiyəyə gətirilib.   Sfera.az-ın məılumatına görə, bu gün mərhumla vida mə...

Nəsrullahın ölümü onlara açıq siqnaldır

“Hizbullah” hərəkatının rəhbəri Həsən Nəsrullahın öldürülməsi Təl-Əvivin əleyhdarlarına siqnal oldu.   Sfera.az xəbər verir ki, bu barədə...