Maskalı şəxslər Göyçay sakinini döyərək pulunu ələ keçirdilər

Maskalı şəxslər Göyçay sakinini döyərək pulunu ələ keçirdilər

Göyçay rayonunda quldurluq hadisəsi qeydə alınıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, zərərçəkən şəxs polisə müraciət edərək üzləri maskalı naməlum şəxslərin onu döyərək avtomobilin yük yerində saxladıqlarını və üzərində olan 5000 manatı götürərək hadisə yerindən uzaqlaşdıqlarını bildirib.

 

Qeyd edilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Əli Piriyev, qohumu Orxan Piriyev, Ruslan Səmədov, İlkin Bəşirov və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb.

 

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər cinayəti Əli Piriyevin təklifi ilə törədiblər. Onlardan quldurluq yolu ilə əldə etdikləri pulun bir qismi aşkarlanıb.

 

Məhkəmənin qərarı ilə saxlanılan 4 nəfər barəsində həbs, yetkinlik yaşına çatmayan şəxs haqqında isə digər növdən olan qətimkan tədbiri seçilib.

 

Araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Günay Ağamalı şəhidin ildönümündə ailəsini ziyarət etdi - FOTO

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Antiterror əməliyyatı zamanı Qəhrəmancasına Şəhadətə ucalan Salyan rayon Şorsulu kənd...

Baydendən Nəsrullahın öldürülməsi ilə bağlı qalmaqallı AÇIQLAMA

ABŞ Prezidenti Co Bayden "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullahın İsrailin zərbəsi nəticəsində öldürülməsini ədalətli hesab etdiyini bildirib....

Hakan Fidan Blinkenlə Azərbaycanla Ermənistan arasındakı sülh prosesini müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşü zamanı həmkarı ilə Azərbaycanla Ermənistan arasındakı sülh prosesin...

Həmkarları Ahu Tuğba ilə vida mərasiminə qatılmadı

Xəbər verdiyimiz kimi, mərhum aktrisa Ahu Tuğbanın cənazəsi 25 gün sonra Türkiyəyə gətirilib.   Sfera.az-ın məılumatına görə, bu gün mərhumla vida mə...

Nəsrullahın ölümü onlara açıq siqnaldır

“Hizbullah” hərəkatının rəhbəri Həsən Nəsrullahın öldürülməsi Təl-Əvivin əleyhdarlarına siqnal oldu.   Sfera.az xəbər verir ki, bu barədə...

“Əmr ABŞ-dən verilib” - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahı öldürmək əmri ABŞ-dan verilib və Vaşinqton bu...