Bakıda SİLAHLI İNSİDENT: Üç polis QƏTLƏ YETİRİLDİ - FOTO

Bakıda SİLAHLI İNSİDENT: Üç polis QƏTLƏ YETİRİLDİ - FOTO

Bakıda 3 polis əməkdaşı, 1 mülki şəxs qətlə yetirilib.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib. O qeyd edib ki, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

 

“O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib. Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir”, - E.Hacıyev əlavə edib.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR

Avtobuslardan istifadə edənlərə ŞAD XƏBƏR - Tarix AÇIQLANDI

Bakıda havaların isti keçməsinə baxmayaraq, paytaxtın marşrut avtobuslarında hələ də kondisionerlər işləmir.   Şəhər sakinləri günün isti saatlarında...

Bu ərazilərdə qaz olmayacaq

Yasamal rayonundakı mövcud qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb. İşlərin yekunlaşdırılması məqsədilə 02.06.2025-ci il saat 10:00-d...

Mehriban Əliyeva Uşaqlar Günü ilə bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım ed...

Bu gün qəbul imtahanı KEÇİRİLİR

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Həmçinin bu gün III qrup üzrə DT və TC alt...

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...