Sumqayıtda 3 nəfəri öldürüb, 5 nəfəri yaralayanın MƏHKƏMƏSİ BAŞLAYIR

Sumqayıtda 3 nəfəri öldürüb, 5 nəfəri yaralayanın MƏHKƏMƏSİ BAŞLAYIR

Üç nəfəri qəsdən öldürməkdə, 5 nəfəri öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

 

Bu barədə Sfera.az-a Sumqayıt şəhər prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, ötən il oktyabrın 28-də Sumqayıt şəhəri ərazisində 6 nəfərə odlu silahdan xəsarət yetirilməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb:

 

“İstintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Müşfiq Tağıyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.3, 29,120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29,186.2.1, 29,186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd), 228.1, 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) və 229.1, 229.4-cü (qanunsuz olaraq partlayıcı qurğuları, qaz silahını, soyuq silahı hazırlama) maddələri ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

 

Qurumun məlumatına görə, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Günay

 

 


OXŞAR XƏBƏRLƏR

Türkiyədə bələdiyyə sədri və bir neçə nəfər korrupsiya əməliyyatı ilə saxlanılıb

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda bələdiyyə idarəsində korrupsiya ilə bağlı əməliyyat keçirilib.     Sfera.az xəbər verir ki, b...

Xankəndidə Ərdoğanla Şahbaz Şərif arasındaGÖRÜŞ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistan Baş naziri Şahbaz Şərif Xankəndidə görüşüb.   Sfera.az xəbər verir ki, görüş İqtisadi Əməkdaş...

Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO

Bakıda daha bir yolun çökmək təhlükəsi var.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.   Görüntülər Bakının ...

Vətəndaş Ədliyyə Nazirliyindən şikayətçidir - TƏFƏRRÜATLAR

Ədliyyə Nazirliyinin icra şöbələrində yüksək vəzifəli şəxslərin şəxsi əlaqələrindən sui‑istifadə hallarına rast gəlinib.   Sfera.az-a daxil olan şika...

Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.   Sfera.az xəbər verir ki, Füzuli Bey...

Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətləri çərçivəsində çoxşaxəli əməkdaşlıq dərinləşir

İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin daha da dərinləşdiyinin bariz nümunəsidir. ...