Polisə zor tətbiq edilməsi ilə bağlı cinayət işi məhkəməyə göndərildi

Polisə zor tətbiq edilməsi ilə bağlı cinayət işi məhkəməyə göndərildi

Hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərilməsi faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib.

 

Bu barədə Sfera.az-a Sabirabad rayon prokurorluğundan məlumat verilib.

 

Qeyd olunub ki, ötən il noyabrın 30-da Sabirabad rayonu ərazisində xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına zor tətbiq etməklə müqavimət göstərərək xuliqanlıq hərəkətləri edilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

 

“İstintaqla rayonun Moranlı kənd sakinləri Rizvan və Ruslan Mansurovların qeyd olunan tarixdə sonuncuya məxsus çayxanada qumar oyunlarının təşkil edilməsini aşkar etmiş xidməti vəzifələrini yerinə yetirən Sabirabad rayon polis şöbəsinin əməkdaşlarına zor tətbiq etməklə müqavimət göstərmələrinə, daha sonra bir qrup şəxs halında xuliqanlıq hərəkətləri etmələrinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Rizvan və Ruslan Mansurovlara Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, - bildirilib.

 

Son olaraq əlavə edilib ki, cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...