Logo

“Tik-Tok”da dələduzluq edən gəncin bu əməlləri də ortaya çıxdı - FOTO

“Tik-Tok”da dələduzluq edən gəncin bu əməlləri də ortaya çıxdı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Tik-Tok” sosial şəbəkəsində dələduzluq etdiyi üçün saxlanılan şəxsin digər əməlləri də ortaya çıxıb.

Bu barədə Sfera.az-a DİN-dən məlumat verilib. Bildirilib ki, müxtəlif vaxtlarda bank kartlarından 300, 900, 50, 320, 125, 338 və 100 manat olmaqla, ümumilikdə 2133 manat pul vəsaitlərini taladığı üçün polis əməkdaşları tərəfindən saxlanılan 21 yaşlı Raqif Məmmədovun digər qanunsuz əməlləri də müəyyən olunub.

“Onun daha iki nəfərin kartında olan 6000 və 310 manatı ələ keçirdiyi məlum olub. R.Məmmədov “Tik-Tok” sosial şəbəkəsində həmin şəxslərin kart məlumatlarını dələduzluq yolu ilə ələ keçirərək pul vəsaitlərini talayıb. Saxlanılan şəxs eyni üsulla daha 25 nəfərin pul vəsaitlərini talayıb”, - qurum əlavə edib.

Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Günay

“Tik-Tok”da dələduzluq edən gəncin bu əməlləri də ortaya çıxdı - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR