Oyuncaq metal tapança satan dələduz SAXLANILDI - FOTO

Sosial şəbəkələrdə oyuncaq metal tapança satmaq adı altında dələduzluq edən şəxs saxlanılıb.
Bu barədə Sfera.az-a DİN-dən məlumat verilib. Bildirilib ki, sosial şəbəkələrdə insanların etibarından sui-istifadə edərək onları aldadan 1991-ci il təvəllüdlü Behzad Səmədov saxlanılıb.
“O, “Instagram” və “Facebook” sosial şəbəkələrində “VlP_Airsoft. az", “Tapanca_Airsoft-Avtomat” və “Straykball_44” adlı səhifələr yaradaraq oyuncaq metal tapançaların reklamı və satışı ilə məşğul olub. Daha sonra həmin tapançaları sifariş verən alıcılara kart nömrəsi göndərərək ödənişləri qəbul edib. Zərərçəkənlər pulu B.Səmədovun kartına göndərdikdən sonra o, səhifələri bağlayıb, telefon zənglərinə cavab verməyərək dələduzluq əməli törədib”.
Qeyd olunub ki, saxlanılan şəxs barəsində Səbail RPİ-də araşdırmalar davam etdirilir.
Günay