Vətəndaşların 400 min manatını ələ keçirən Nihad Rəhimli Bakıda SAXLANILDI - FOTO

Vətəndaşların 400 min manatını ələ keçirən Nihad Rəhimli Bakıda SAXLANILDI - FOTO

Lənkəran sakini biznes qurmaq adı ilə vətəndaşların 400 min manatını ələ keçirib.

 

Bu barədə Sfera.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Lənkəran sakini olan bir nəfər Nihad Rəhimli adlı şəxsin Birləşmiş Ərəb Əmirliklərindən fotoaparatlar gətirib burada satmaq adı ilə onun 355 min manat pulunu ələ keçirməsi barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat verib.

 

“Araşdırma zamanı N.Rəhimlinin iş qurmaq adı ilə şirnikləndirici vədlər verərək digər bir Lənkəran sakininə qarşı dələduzluq etdiyi də müəyyən edilib. O, Dubayda otel biznesinə yatırım etmək adı ilə zərərçəkənin 40 min manat pulunu ələ keçirib. N.Rəhimli istintaqdan yayınmaq məqsədilə bir müddət müxtəlif ünvanlarda gizlənsə də, Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda həmin şəxsin digər analoji əməllərinin olub-olmadığı araşdırılır”, - qurum əlavə edib.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Naxçıvanda toy karvanında avtoxuliqanlıq edən sürücülər SAXLANILDI

  Naxçıvan şəhərində ictimai qaydanın pozulması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri edən 75-BG-750 və 77-DL-088 dövlət qeydiyyat nişanlı iki ...

Azərbaycanda 2700-dən çox vəkil fəaliyyət göstərəcək - FOTOLAR

2025-ci il iyunun 25-də "Badamdar" mehmanxanasında "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyas...

Trampla Zelenski görüşü başladı

NATO-nun Haaqa sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş başlayıb.   Sfera.az xəbər ver...

"Kapital Bank"ın tərəfdaşlığı ilə keçirilən “FINTEX SUMMIT 2025” başa çatdı

Hər il ölkəmizdə keçirilən vacib beynəlxalq maliyyə tədbirlərindən biri olan “FINTEX SUMMIT 2025” başa çatıb. Mərkəzi Bank və Azərbaycan Banklar Ass...

Azərbaycana turist axını ARTIB- Siyahıda israillilər də var

2025-ci ilin yanvar-may aylarında Azərbaycana dünyanın 178 ölkəsindən 979,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çox əcnəbi və vətəndaşl...

Alim Qasımovun qızı məzun oldu - FOTO

Xalq artisti Alim Qasımovun qızı Dilruba məzun olub.   Sfera.az xəbər verir ki,  bu barədə muğam ifaçısı paylaşım edib.   O, Azə...