“Evini satmaq istədi, lakin Qazaxıstan nömrəsindən gələn zəng..." - DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ!

Kriminal
10:55 / 25.05.2024
2576
Daha bir kiber oğurluq halı diqqət çəkib.
Sfera.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat paylaşıb. O qeyd edib ki, bir fakt üzrə zərər 21000 manat təşkil edib.
“Evini elan saytında satışa qoyan vətəndaşa Qazaxıstan nömrəsi ilə zəng gəlir və naməlum şəxs evi almaq istədiyini bildirir. Bir gün onunla danışıqlar-müzakirələr aparırlar. Nəhayət "razılaşır" və evi satana təklif edilir ki, “beh” ödəmək üçün bank kartı məlumatları verilsin. Ev satanı telefonda danışdıra-danışdıra 16 rəqəmdən əlavə digər məlumatları əldə etməklə bank kartında olan pul oğurlanır. Vətəndaşa isə saf olduğuna görə “təşəkkür edib” telefonu qapadıblar”.
Günay