Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan ekstradisiya edildi - RƏSMİ

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan ekstradisiya edildi - RƏSMİ

Beynəlxalq axtarışda olan 3 şəxsin ölkəmizə ekstradisiyası təmin edilib.

 

Bu barədə Sfera.az-a Baş Prokurorluqdan məlumat verilib. Qeyd olunub ki, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Ədilov Tural Cəlil oğlu, Səfərov Məmmədbağır Qarsalan oğlu və Ağayev Oqtay Sabir oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

 

“Ədilov Tural Cəlil oğlunun xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini, Səfərov Məmmədbağır Qarsalan oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satmanı təşkil etmə cinayətini, Ağayev Oqtay Sabir oğlunun isə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə cinayətini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və onlar istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər. Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq 23.05.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər”, - qurum əlavə edib.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...