Bakıya gələn əcnəbiləri ABŞ-yə aparmaq adı ilə ALDATDI - FOTO 

Bakıya gələn əcnəbiləri ABŞ-yə aparmaq adı ilə ALDATDI - FOTO 

 

Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı altında dələduzluq edərək aldadan pakistanlı saxlanılıb.

 

Bu barədə Sfera.az-a DİN-dən məlumat verilib.

 

Bildirilib ki, Pakistan vətəndaşı 1993-cü il təvəllüdlü Shahid Kamran Ali Azərbaycan Respublikasının ərazisinə gəlmiş 3 Hindistan vətəndaşına qarşı dələduzluq edib.

 

“O, guya zərərçəkənlərə Amerika Birləşmiş Ştatlarına getməkdə köməklik edəcəyi vədini verərək onların maddi vəsaitini ələ keçirib. Shahid Kamran Alinin törətdiyi qanunazidd əməllər barəsində araşdırmalar davam etdirilir. Onun hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər”, - qurumdan bildirilib.

 

Günay


OXŞAR XƏBƏRLƏR