51 yaşlı qadını döyüb telefonunu əlindən aldı - FOTO 

51 yaşlı qadını döyüb telefonunu əlindən aldı - FOTO 

Sumqayıtda 51 yaşlı qadın döyülərək quldurluğun qurbanı olub.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, hadisə mayın 15-i saat 14 radələrində Sumqayıt şəhərinin ərazisində baş verib.

 

“Naməlum şəxs Sumqayıt şəhər sakini olan 51 yaşlı qadını döyərək quldurluq etməklə onun mobil telefonunu alıb. Hadisədən sonra zərərçəkən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edib. Keçirilən tədbirlərlə hadisəni törətmiş Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş 1986-cı il təvəlüldlü İlqar Şirinov saxlanılıb”.

 

Qurum araşdırmaların davam etdirildiyini vurğulayıb.

 

“Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər”, - əlavə olunub.

 

Günay


OXŞAR XƏBƏRLƏR

“Səba” külli miqdarda borca düşdü -Rəhbəri dəyişdi

Ötən il istehsalı və satışının dayandırılması barədə xəbərlər yayılan “Səba” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı azaldılıb və qanuni təmsil...

“Son zəng”də şagirdlər məktəbli formasında olmalıdır – Rəsmi AÇIQLAMA

“Son zəng”də şagird məktəbli formasında olmalıdır. Çünki məktəbli forması mənsubiyyət göstəricisidir. Bu o deməkdir ki, “Mən bu məktəbin bir h...

Uşaqlar daha çox hansı valideyninə bənzəyir? - Yeni ARAŞDIRMA

İndiyədək geniş yayılmış fikrə görə, hər bir insan genlərinin 50 faizini anadan, 50 faizini isə atadan miras alır. Lakin son elmi araşdırmalar bu təsəvvürə yeni...

Tramp 30 kilodan belə qurtulub - Pizza, "Oreo" yeyirmiş...

ABŞ Prezidenti Donald Trampın son illər ərzində 30 kiloqrama yaxın arıqlayıb. Bu, cəmiyyət tərəfindən də maraqla qarşılanıb. Ən çox diqqətçəkən məqam isə Trampı...

Sumqayıtda avtobus yük maşını ilə toqquşdu - VİDEO

Bu gün saat 11:30 radələrində Sumqayıtda 3 nömrəli marşrut avtobusu yük maşını ilə toqquşub.   Bu barədə Sfera.az-a Baş DYP İdarəsinin rəsmisi, polis...

QR kod ilə ödəniş etmək RİSKLİDİR

Müasir dövrdə nağdsız ödənişlər arasında geniş yayılan QR kod texnologiyası sürətli və rahat istifadə imkanları ilə yanaşı, bir sıra texniki və təhlükəsizlik ri...