Logo

Vətəndaşı aldadaraq pulunu mənimsəyən şəxs SAXLANILDI

Vətəndaşı aldadaraq pulunu mənimsəyən şəxs SAXLANILDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Lənkəran rayon sakini olan ahıl yaşlı bir kişi kömək üçün müraciət etdiyi şəxs tərəfindən talanıb.

Bu barədə Sfera.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, o, Bakı şəhərində yaşayan qohumuna ödəniş terminalı vasitəsi ilə pul göndərmək istəyib:

“Amma zərərçəkən terminalın iş prinsipindən baş çıxarmadığı üçün yaxınlıqdan keçən bir nəfərdən kömək istəyib. Həmin şəxs isə öz “köməyini” ondan əsirgəməyib. Belə ki, o 350 manatı göndərməli olduğu hesaba yox, öz bank kartına yükləyib. Zərərçəkəni də əmin edib ki, pul onun dediyi ünvana çatıb”.

Bildirilib ki, həmin şəxsin müraciətindən sonra Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini K.Əlizadə müəyyən edilərək saxlanılıb.

Qurum araşdırmaların aparıldığını əlavə edib.

Günay

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR