“TikTok” ABŞ hökumətini məhkəməyə verəcək – SƏBƏB

“TikTok” ABŞ hökumətini məhkəməyə verəcək – SƏBƏB

“TikTok” ABŞ hökumətini məhkəməyə verməyə hazırlaşır. Buna səbəb video paylaşma platformasının ABŞ-də istifadəsinin qadağan edilməsidir.  


Sfera.az xatırladır ki, hökumətin yeni qərarına əsasən, “TikTok”un ABŞ-də istifadəsinin davam edilməsi üçün video paylaşma platformasının sahibi olan Çinin “Bytedance” şirkəti onu Amerikalı şəxsə və şəxslərə satmalıdır. Satışın yaxın bir ildə həyata keçirilməsi tələb olunur. 


ABŞ administrasiyası hesab edir ki, Çin şirkəti tərəfindən “TikTok” üzərindən toplanan məlumatlar Çin hökumətinə ötürülür və Çin onlardan təbliğat məqsədləri üçün istifadə edə bilər. Bu narahatçılığı aradan qaldırmaq üçün ABŞ hökuməti “TikTok”un Amerikalı bir və bir neçə şəxsə satılmasını təklif edir. 


Çin şirkəti isə ABŞ tərəfinin iddialarını rədd edərək Çin hökuməti ilə heç vaxt istifadəçi məlumatlarını paylaşmadığını və paylaşmayacağını bildirir.


Vasif


 


OXŞAR XƏBƏRLƏR