Cinayət törədən 55 nəfər SAXLANILDI 

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

Bu barədə Sfera.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Qeyd olunub ki, axtarışda olduğuna görə ümumilikdə 118, o cümlədən borclu şəxs qismində axtarışda olan 88 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR