7 yaşlı Fəridi öldürən idmançıya HÖKM OXUNDU

7 yaşlı Fəridi öldürən idmançıya HÖKM OXUNDU

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məşq zamanı yeddi yaşlı Fərid Bakarovu öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Sfera.az bildirir ki, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə M. Xəlilov 19 il azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, ötən prosesdə prokuror Mehman Xəlilova 20 il həbs cəzası istəmişdi.

 

Qeyd edək ki, hadisə ötən ilin aprel ayında baş verib. Mehman Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. O, zərərçəkmiş Fərid Bakarovun saçından, başından, qulağından tutaraq havaya qaldırıb, həmçinin təpiklə vurub və digər təhlükəli hərəkətlər edib. Hadisə nəticəsində F.Bakarov vəfat edib.

 

M.Xəlilova qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın sonunda onun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adamöldürmə) və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələrinə tövsif edilib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...

Prezidentdən Silahlı Qüvvələr Günü paylaşımı - FOTO

Prezident İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: ...

Qalib ölkənin qalib ordusu - 107 yaşında!

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.   Sfera.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamen...

Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDI - VİDEO

Tovuzda baş vermiş zəhərlənmə hadisəsinin təfərrüatı məlum olub.   Sfera.az  Xəzər TV-yə istinadla xəbər verir ki, zərərçəkənlərin yaxınlar...

Təranə Səmədova həbsxanadan Lalə Azərtaşa məktub yazıb

Prodüser Təranə Səmədova həbsxanadan Lalə Azərtaşa məktub yazıb.   Sfera.az xəbər verir ki, aparıcı məktubu efirdə oxuyub.   Təranə məktub...

Vüsal Murtuzəliyev reanimasiyaya yerləşdirilməsindən yazdı

Şükür, mənim üçün də bu ağır günlərin sonu xeyirlə başa çatdı. Artıq yavaş-yavaş bərpa oluram. Həkimin tövsiyəsiylə telefondan, internetdən bir müddət maksimum ...