Əhmədin ailəsinin mal varlığı kimə qalacaq? - Hüquqşünasdan AÇIQLAMA

Əhmədin ailəsinin mal varlığı kimə qalacaq? - Hüquqşünasdan AÇIQLAMA

Ötən gün Bakıda 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun atasını, anasını, qardaşını, bacısını və onun azyaşlı övladını xüsusi amansızlıqla və qəsdən qətlə yetirməsi müzakirə obyekti olub. Ailə üzvləri arasında tək sağ qalan Əhməd isə ya ömürlük həbs olunacaq, ya da psixoloji xəstə olduğu təsdiq olunarsa, ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicəyə cəlb olunacaq.

 

Belə olan halda ailənin mal varlığı kimə qalacaq?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən hüquqşünas Mehman Muradlı qətli törədən Əhməd Əhmədovun ləyaqətsiz vərəsə olduğuna görə vərəsəlik hüququnu itirdiyini bildirib:

 

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1337-ci maddəsinə əsasən, mərhumun ölümünə səbəb olan hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb edilən şəxs ləyaqətsiz vərəsə sayılır. Bu həm qəsdən adam öldürmə halında, həm də qeyri-qəsdən ehtiyatsızlıqdan adam öldürmədə tətbiq edilə bilər.

 

Əgər vərəsə, mərhumun ölümünə səbəb olmuşsa və bu hərəkətə görə məhkəmə tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişsə, o, vərəsəlik hüququnu itirir. Bu qadağanın tətbiqi, cinayətin ağırlığına və şəxsiyyətin xüsusiyyətlərinə görə məhkəmə tərəfindən individual şəkildə müəyyən edilir. Ləyaqətsiz vərəsənin mirasdan məhrum edilməsi qərarını isə məhkəmə çıxarır”.

 

 

Hüquqşünasın sözlərinə görə, belə olan halda mirasdan məhrum edilmiş vərəsənin payı, sanki o vərəsə olmamış kimi digər ləyaqətli vərəsələr arasında bölünür:

 

“Birinci dərəcə vərəsələr ölənin övladları (o cümlədən qəbul edilmiş övladlar) və həyat yoldaşıdır.

 

İkinci dərəcə vərəsələr ölənin valideynləridir. Eyni zamanda, ölənin övladları olmadığı halda, onun tam və ya yarım qardaş və bacıları da ikinci dərəcə vərəsə sayılır.

 

Üçüncü dərəcə vərəsələr ölənin nənə və babalarıdır (həm ana, həm də ata tərəfindən). Övladları olmadığı halda, qardaş və bacıları da vəfat etmişsə, onların övladları da üçüncü dərəcə vərəsə sayılırlar.

 

Vərəsəliyin dördüncü və sonrakı dərəcələri də Məcəllədə müəyyən edilmişdir, lakin onlar daha nadir hallarda tətbiq edilir və ölənin daha yaxın qohumları olmadığı hallarda aktuallıq kəsb edir.

 

Vərəsəliyin dərəcəsi vəsiyyətnamə olmadığı təqdirdə, yəni qanunla müəyyən edilmiş vərəsəlik halında önəm qazanır. Əgər vəsiyyətnamə varsa, mərhumun istəkləri vəsiyyətnamədəki şərtlər çərçivəsində təmin edilir”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...