"Anası qızına Əhməd evinə gəlsə də, qapını açmamağı tapşırıb" - YENİ TƏFƏRRÜATLAR

Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı qızını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovla bağlı bəzi detallar bilinib.

 

Sfera.az xəbər verir ki, Əhməd 15 yaşı olanda da bir nəfəri bıçaqlayıbmış.

 

Əhməd illər əvvəl Masıllıda idman yarışında baş nahiyəsindən zədələnib və psixoloji problemləri yaranıb. Daha sonra Əhməd dərmanlar qəbul edib. Qohumlar ailəyə məsləhət görüblər ki, onu psixi sağlamlıq mərkəzinə yerləşdirsinlər, amma ailə bununla razılaşmayıb. Əhmədə həkimlər tərəfindən müalicələr yazılıb və o, mütəmadi olaraq dərman atırmış. Bir neçə gün əvvəl atası Əhmədin dərmanlarını vaxtında qəbul etməməsindən narahat olub və ona Mərdəkanda yerləşən özəl reabilitasiya mərkəzində müalicə almağı təklif edib.

 

 

Əhməd atasının təklifinə əsəbiləşib və “mən getmirəm, istəyirsən, özün get” cavabını verib.

 

Eyni zamanda, ailədə bir müddət imiş ki, mülk üstündə söz-söhbət yaranıbmış. Belə ki, bacısı Elmira Əhmədova həyat yoldaşı ilə Rusiyada yaşayırmış. Bu yaxınlarda E.Əhmədova Bakıya gəlib və ailəsi ona Suraxanı rayonu, Günəşli qəsəbəsində ev bağışlayıb. Əhməd qohumlarına bildirirmiş ki, ailəmin məqsədi evləri, mülkləri Elmira və Məhəmmədə verməkdir. Bundan sonra evdə söz-söhbət başlayıb. Ailəsi Əhmədə də əvvəldən ev alsalar da, bu vəziyyət onu qane etməyibmiş. Atasını öldürən zaman qonşu səs eşidib və Daxili İşlər Nazirliyinə xəbər verib. O, bacısını və onun qızını boyun, bel nahiyəsindən kəsici alətlə vurmaqla qətlə yetirib. Daha sonra evə gəlib və anası Pikə Əhmədovanı çağırıb.

 

 

O da Məhəmmədi məktəbdən götürərək, evə gəlib. Elə bu zaman qapının girişində qadını və oğlunu balta ilə öldürüb. Eyni zamanda, binanın komendantı hadisədən xəbər tutub və yuxarı qalxmaq istəyib. Bu zaman Əhməd əlində balta ilə pilləkənlərdən düşərək, qaçıb. Yaxınlarının iddialarına görə, P.Əhmədova dəfələrlə qızı Elmiraya qardaşı Əhməd evinə gəlsə də, qapını açmamağı tapşırıb. (Oxu.Az)


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...