Daha bir Nazirlik 5 nəfərin qətli ilə bağlı məlumat yaydı

Daha bir Nazirlik 5 nəfərin qətli ilə bağlı məlumat yaydı
Kateqoriya məlum deyil
T

Bakı şəhərinin Suraxanı rayonunda iki nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə əraziyə cəlb olunub.

 

Həyata keçirilən tədbirlər nəticəsində 1-i uşaq olmaqla 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

 

Qeyd edək ki, atasın, anasını və qardaşı öldürən 1999-cu il təvəllüdlü Əhməd Əhmədov daha sonra Suraxanı rayonunda bacısını və onun azyaşlı övladını öldürüb.

 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı - 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirməsi müəyyən edilib.

 

Qətlə yetirilən qız uşağının 5 yaşı olub.

 
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR