Ölkəyə girişi qadağan olunan azərbaycanlılar HƏBS OLUNDU

Ölkəyə girişi qadağan olunan azərbaycanlılar HƏBS OLUNDU

Rusiyada üç azərbaycanlı Rusiya-Qazaxıstan sərhədini qanunsuz keçdikləri üçün cəza alıblar.

 

Sfera.az Lent.az-a istinadən bildirir ki, Rusiya FSB-nin Kurqan vilayəti üzrə idarəsinin açıqlamasına görə, ölkədə qalma şərtlərini pozduqlarına və inzibati məsuliyyətə cəlb olunduğuna görə hər üçünün Federasiya ərazisinə girişi qadağan edilib.

 

Onlardan biri, 27 yaşlı Cəlilabad rayon sakini əvvəlcə pasport məlumatlarını dəyişərək Qazaxıstandan avtobusla Rusiya Federasiyasına Çelyabinsk vilayətinə keçməyə cəhd edib. Sərhədçilər qeyri-qanuni mühaciri nəzarət-buraxılış məntəqəsindən buraxmayıb, ona yeni cəhddə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq ediblər.

 

Amma o, daha iki azərbaycanlı ilə görüşüb və birlikdə fərqli bölgələrdəki keçid məntəqələrindən Rusiyaya keçməyi planlaşdırıblar.

 

Gecə saatlarında miqrantlar Qorbuneşnoye kəndi yaxınlığında yaradılmış nəzarət-buraxılış məntəqələrindən yan keçərək Qazaxıstan ərazisindən Kurqan vilayəti ərazisinə keçiblər. Lakin onlar burada Rusiya FSB-nin Kurqan üzrə Sərhəd İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

 

Petuxovski rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər 1 il 5 ay, 1 il 6 ay və 1 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökm qanuni qüvvəyə minib.


OXŞAR XƏBƏRLƏR

Nadir xəstəliyə tutulmuş qadın sağlam uşaq dünyaya gətirdi

Tez-tez nəfəs darlığı, sürətli ürək döyüntüsü və gözlənilməz hamiləlik xəbərləri - bu hadisələrin hər biri özlüyündə həyatı kökündən dəyişə bilər. Cessika Conso...

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...