Müştəri ustanın dəzgahını oğurladı

Müştəri ustanın dəzgahını oğurladı
 
Suraxanı rayonunda ustanı aldadaraq ona məxsus dəzgahı dələduzluq yolu ilə əldə edən şəxs saxlanılıb.
Sfera.az-ın "Report"a istinadən verdiyi məlumata görə, Suraxanı Rayon Polis İdarəsinə mənzillərdə təmir işləri aparan usta ərziyə ilə yazaraq ona məxsus "parket" dəzgahını oğurladığını bildirib. O ərizəsində qeyd edib ki, gənc oğlan Suraxanı rayonunda mənzildə "parket işləri" görmək lazım olduğunu deyərək onu taksiyə əyləşməyə dəvət edib. Usta da özünün aparatını taksiyə yerləşdirib və mənzilə yollanıblar. Lakin yolda gənc oğlan taksini tikinti materialları mağazasının yanında saxladıb. Usta avtomobildən düşüb dükana girəndən sonra gənc oğlanın yoxa çıxdığını və gəldiyi taksini yerində olmadığını görüb. 
Suraxanı RPİ-nin əməliyatçıları mənzillərdə təmir işlər ilə məşğul olan ustanın dəzgahını oğurlamaqda şübhəli bilinən 28 yaşlı Alqayıt Məmmədovu tutaraq istintaqa cəlb ediblər. A.Məmmədov istintaqa ifadəsində bildirib ki, ustaya məxsus dəzgahı 8-ci kilometr qəsəbəsindəki bazarda yerləşən inşaat materialları mağazalarından birinə satıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, A.Məmmədov əvvələr narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.


OXŞAR XƏBƏRLƏR