Azərbaycanda DƏHŞƏT! 2 bacının evdə meyiti tapıldı
Kriminal
12:22 / 16.11.2016
2108
Bu gün saat 17 radələrində Neftçala şəhəri, 5-ci məhəllə, Qoltuq yaşayış massivindəki evlərdən birində yaşayan iki bacı, 1951-ci ildə anadan olmuş Gövhər Ağagül qızının və 1954-cü ildə anadan olmuş Balacaxanım Ağagül qızının meyitləri Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar olunub.
Sfera.az-ın virtualaz.org-a istinadən məlumatına görə, iflic keçirdiyi üçün yataq xəstəsi olan bacısına qulluq edən bacılardan birinin 5 gün müddətində çörək almağa gəlməməsindən narahat olan qonşular polisə müraciət etdikdən sonra bacıların yaşadıqları evdə cəsədləri tapılıb.
Meyitlərin ilkin müayinəsi zamanı onların üzərində heç bir zorakılıq əlaməti aşkar olunmasa da, ölümlərinin əsl səbəbi dəqiq və hərtərəfli tibbi ekspertizadan sonra müəyyənləşəcək.
Eyni zamanda evə baxış keçirilərkən mətbəxdəki qaz sobasının açıq olması onlardan birinin qazdan boğulma ehtimalını yaradıb.
İflic keçirmiş yataq xəstəsi olan digər bacının isə 5 gün ərzində baxımsızlıqdan dünyasını dəyişməsi güman olunur.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.