Dələduzluq edən bacılar barələrindəki hökmdən narazıdırlar

Dələduzluq edən bacılar barələrindəki hökmdən narazıdırlar
Kateqoriya məlum deyil
T

Dələduzluqda təqsirli bilinən YAP Gənclər təşkilatının keçmiş sədr müavini, Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkut barələrindəki hökmdən narazıdırlar.

 

Sfera.az xəbər verir ki, bacılar ayrı-ayrılıqda apellyasiya şikayəti veriblər. Onlar yuxarı instansiya məhkəməsindən bəraət qərarı çıxarılması xahiş edirlər.

 

Şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.


Qeyd edək ki, A.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama), İ.Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. İş üzrə zərərçəkmişlərə dəymiş ziyan bir milyon manata yaxın hesablanıb. 

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Əliyeva 7 il, İ.Turkut isə 6 il müddətinə azadlıqdan məhrum edilib. İ.Turkut məhkəmə zalında həbs edilib.(qafqazinfo)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR