20 yaşlı gəncə dostundan 6 bıçaq zərbəsi

20 yaşlı gəncə dostundan 6 bıçaq zərbəsi
Kateqoriya məlum deyil
T

Bakının Sabunçu rayonunda gənc oğlana çoxsaylı bıçaq zərbələri vurulub.

 

Savash.org-un məlumatına görə, iki dost arasında dava qanla bitib.

 

Belə ki, 2003-cü il təvəllüdlü Qiyas Süleymanov dava zamanı dostu tərəfindən bıçaqlanıb.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müxtəlif yerlərində 6 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

 

Qeyd edək ki, Q. Süleymanovun yaxınlarından aldığımız məlumata görə, bıçaqlanma söyüş üstündə baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR