Bacısını yumruq və təpiklə vurub, bədənində siqaret söndürüb... - Binəqədidəki dəhşətli qətlin TƏFƏRRÜATI

Bacısını yumruq və təpiklə vurub, bədənində siqaret söndürüb... - Binəqədidəki dəhşətli qətlin TƏFƏRRÜATI

Bakıda bacısını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən 56 yaşlı Azər Əfəndiyevin cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib.

 

Sfera.az report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror Fariz Rzayev ittiham aktını elan edib.

 

İttiham aktında qeyd edilib ki, hadisə bu il avqustun 2-də paytaxtın Binəqədi rayonunda yerləşən mənzillərdən birində baş verib.

 

Belə ki, A.Əfəndiyev onunla birlikdə yaşayan bacısı 1965-ci il təvəllüdlü Məlahət Əfəndiyevanı axşam saatlarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı döyüb. Təqsirləndirilən şəxs sonuncunun bədəninin müxtəlif nahiyələrinə uzun müddət ərzində intensiv olaraq çoxsaylı yumruq və təpik zərbələri endirib. Həmçinin onun üzərinə sidiyini ifraz edib, bədəninin müxtəlif nahiyələrinə siqaret kötüklərini basmaqla söndürüb. Aldığı zərbələrdən sonra taqətsiz halda olan M.Əfəndiyeva döşəməyə yıxılıb, başının sağ nahiyəsi döşəmədə quraşdırılmış qaz sobasının kənarındakı kafelə dəyib və nəticədə ölüb.

 

Daha sonra dindirilən təqsirləndirilən şəxs ona qarşı elan edilən ittiham üzrə özünü qismən təqsirli bilib.

 

Prosesdə ifadə verən zərərçəkmiş şəxsin (mərhumun) hüquqi varisi - qızı Gülnaz Məmmədova təqsirləndirilən şəxsin onun dayısı olduğunu bildirib.

 

Onun sözlərinə görə, mərhum anası dayısı ilə birgə yaşayıb və dəfələrlə əzab və işgəncələrə məruz qalıb:

 

“Anamla dayımın arasında mübahisə hər zaman olub. Onlar bir evdə yaşayırdılar. Mən ailəli idim. Anamı özümlə saxlamağa imkanım yox idi. Dayım həbsxanadan azad olunandan sonra anama daha da işgəncələr verməyə başlayıb. Mənə anamın qətlə yetirilməsini əmim qızı məlumat verib. Məhkəmədən dayıma sərt cəzanın verilməsini tələb edirəm. Anamın yeganə övladıyam. Dayımdan xoşum gəlmirdi və ona görə anamı görə bilmirdim. Anam məndən 30 manat pul istədi. Dedi ki, Azərə bu pulu verməsəm məni öldürəcək”.

 

Məhkəmənin növbəti iclası dekabrın 13-nə təyin edilib.

 

Qeyd edək ki, A.Əfəndiyev hadisəni törətdikdən sonra könüllü olaraq polisə təslim olub.

 

Ona qarşı Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə ittiham irəli sürülüb.


OXŞAR XƏBƏRLƏR

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...

"Putini şəxsən gözləyəcəyəm" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putini şəxsən gözləy...