Baş Prokurorluq və DGK-dan BİRGƏ ƏMƏLİYYAT

Baş Prokurorluq və DGK-dan BİRGƏ ƏMƏLİYYAT

Tütün məmulatlarının qanunsuz dövriyyəsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Gömrük Komitəsi tərəfindən birgə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Baş İdarədə cinayət işi başlanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsinin birgə məlumatında deyilir.

 

Əməliyyat-istintaq tədbirləri ilə qabaqcadan əlbir olan Salyan rayon sakini Fəxrəddin Ağamalıyev və Biləsuvar rayon sakini Ülvi Əmirlinin ümumilikdə 39 adda və 61 mindən çox qutudan ibarət tütün məmulatlarını aksiz markası ilə markalanmadan qanunsuz yolla əldə edib satış məqsədilə yaşayış ünvanlarında saxlamalarına əsaslı şübhələr müəyyən edilib.

 

Həmin şəxslərin yaşayış ünvanlarında aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən tütün məmulatları aşkar edilərək götürülüb.

 

İlkin sübutlar əsasında Fəxrəddin Ağamalıyev və Ülvi Əmirli Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satış məqsədilə saxlama) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Qeyd olunan qanunsuz hərəkətlərin törədilməsində iştirak etmiş digər şəxslərin dairəsinin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...

"Putini şəxsən gözləyəcəyəm" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putini şəxsən gözləy...