Gürcüstanda azərbaycanlı kişi keçmiş həyat yoldaşının ərini qətlə yetirdi, özünü isə... TƏFƏRRÜAT

Gürcüstanda azərbaycanlı kişi keçmiş həyat yoldaşının ərini qətlə yetirdi, özünü isə... TƏFƏRRÜAT

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Tüllər kəndində silahlı insident nəticəsində ər öldürülüb, arvadı isə yaralanıb.

 

Sfera.az xəbər verir ki, sakinlər cinayətin qadının keçmiş həyat yoldaşı tərəfindən törədildiyini bildiriblər.

 

Məlumata görə, cinayətkar əvvəlcə qadını odlu silahla yaralayıb, daha sonra isə onun ərinə bir neçə dəfə atəş açıb.

 

Qeyd olunub ki, qadın xəstəxanaya çatdırılaraq əməliyyat edilib, lakin əri hadisə yerində ölüb.

 

Qatilin hadisə yerindən qaçdığı bildirilir.

 

Əraziyə kriminal ekspertlər cəlb edilib. Gürcüstan DİN tərəfindən faktla bağlı iki və daha artıq şəxsi öldürməyə cəhd maddəsi əsasında istintaq başlanılıb.Gürcüstanda polis keçmiş arvadını yaralayan və onun ərini qətlə yetirən şəxsin axtarışlarını davam etdirir.

 

APA-nın əldə etdiyi məlumata görə, silahlı hücum gecə saatlarında baş verib. Məlumata görə, 40 yaşlı Xeyir Xəbərov qisas məqsədilə keçmiş arvadını yaralayıb, onun əri 36 yaşlı Yaşar Cəfərovu isə qətlə yetirib.


Ailə üzvlərinin məlumatına görə, qadın 6 ay əvvəl ərindən ayrılaraq Yaşar Cəfərovun yanına köçüb, lakin bu müddət ərzində keçmiş həyat yoldaşı tərəfindən tez-tez təhdid edilib.

 

Sakinlərin sözlərinə görə, hadisə zamanı evdə 3 nəfər olub. Bildirilib ki, evə daxil olan şəxs həmin vaxt yatan Yaşar Cəfərova atəş açıb və o, hadisə yerində keçinib.

 

Xəsarət alan qadın isə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir. Hücum zamanı evdə olan Yaşar Cəfərovun anası xəsarət almayıb.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...